“Amerika baharı”, çevriliş planında erməni barmağı... - GÜNÜN SİYASİ XÜLASƏSİ

“Amerika baharı”, çevriliş planında erməni barmağı... - GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 11 Noyabr 2016
184 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər dünyanın gündəmində olan bir nömrəli mövzu ABŞ-da keçirilən prezident seçkilərinin nəticələridir. Dünya KİV-i seçkilərin qalibi olan Donald Trampın seçki kampaniyasında verdiyi vədləri yerinə yetirib-yetirməyəcəyini müzakirə edir. Trampın seçilməsinə qarşı etiraz aksiyaları ABŞ-ın bütün ərazisini əhatə edib. Mixail Saakaşvili hakimiyyət uğrunda mübarizəyə atılıb. Kiyev Kremlin Ukrayna ilə bağlı planını açıqladı.

Amerikada “rəngli inqilab” başlayır – BUMERANQ

Amerikada prezident seçilən Donald Trampa qarşı etiraz aksiyaları davam edir. Ölkənin müxtəlif yerlərində keçirilən aksiyalara minlərlə insan qatılıb. Etirazlar Nyu-York başda olmaqla, Vaşinqton, Baltimor, Filadelfiya, Los-Anceles, San Fransisko və Oakland kimi böyük şəhərlərdə keçirilir.

Küçələrə çıxan minlərlə insan “Mənim prezidentim deyil” plakatlarını daşıyırlar.

Amerikada “rəngli inqilab” başlayır – BUMERANQ

Amerikada prezident seçilən Donald Trampa qarşı etiraz aksiyaları davam edir.

Amerikada üsyan – FOTO/VİDEO

Donald Trampın prezident seçilməsindən sonra ABŞ-da etiraz aksiyaları getdikcə yüksəlir.

Hillari Klinton tərəfdarları isə hələ də keçmiş dövlət katibinin prezident olacağına ümid edirlər.Change.org saytında” Hillari Klintonun ABŞ prezidenti seçilməsi üçün elektron xahiş (petisiya) dərc edilib.

Müraciətin müəllifləri Seçicilər Kollegiyasını 19 dekabrda nəzərdə tutulmuş formal səsvermədə demokrat Hillari Klintona səs verməyə çağırıb. Müraciətin müəllifi qeyd edir ki, siyasətçi ABŞ sakinlərinin daha çox səsini toplayıb. Mətndə iddia edilir ki, Ağ Evi başqa namizədə vermək hələ mümkündür.

Klinton üçün petisiya dərc edildi

“Change.org saytında” Hillari Klintonun ABŞ prezidenti seçilməsi üçün elektron xahiş (petisiya) dərc edilib.

Kremlin planında erməni faktoru – ÇEVRİLİŞ HAZIRLANIR

ABŞ-da Donald Trampın prezident seçilməsinə sevinən Rusiya qonşu Ukraynada da başqa rəhbərliyi görmək arzusundadır. Ukrayna Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaxın günlərdə Rusiya xüsusi xidmət orqanlarının Ukraynada qeyri-stabillik yaratmaq üzrə planlarını açıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin departament müdiri Anatoli Dublik bildirib ki, Rusiya Ukraynada yeni Maydan hazırlayır. Onun sözlərinə görə, aksiyaların hədəfi Ukraynada növbədənkənar parlament seçkilərinin keçirilməsidir. “Bu seçkilərdə hakimiyyətə Moskvanı dəstəkləyən siyasətçilər gəlməlidir”, - deyə o, bildirib.

Kremlin planında erməni faktoru – ÇEVRİLİŞ HAZIRLANIR

Ukrayna Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaxın günlərdə Rusiya xüsusi xidmət orqanlarının Ukraynada qeyri-stabillik yaratmaq üzrə planlarını açıb.

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili isə yeni partiyanın yaradıldığını elan edib.

“Biz yeni və geniş siyasi güc, yeni güclərin platformasını yaradacağıq. Növbədənkənar parlament seçkilərinin keçirilməsi və mövcud rejimin dəyişdirilməsi partiyanın hədəfi olacaq”, - deyə Saakaşvili bildirib.

O, həmçinin deyib ki, yeni siyasi güc başqa siyasi güclərlə bloklara daxil olmayacaq. Saakaşvli Ukraynadakı siyasi spektrin praktik olaraq tamamilə çürüdüyünü deyib.

Kiyev uğrunda Saakaşvili-Putin mübarizəsi başlandı

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili yeni partiyanın yaradıldığını elan edib.

Daha əvvəl isə Mixail Saakaşvili bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenko ona “Pyotr Poroşenkonun Bloku” partiyasının lideri və ölkənin baş naziri olmağı təklif edirdi.

Lakin Saakaşvili bu postlardan imtina edib. Saakaşvilinin sözlərinə görə, Pyotr Poroşenko “Pyotr Poroşenkonun Bloku”nun başçısının müavini Aleksey Qonçarenkonun arxasınca qaçmaq və ondan qanunlara səs verməyi xahiş etmək istəmirdi.

Rusiya baş nazirə sui-qəsd cəhdinə görə üzr istədi

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının başçısı Nikolay Patruşev rus millətçilərinin Çernaqoriyada çevriliş cəhdi və ölkənin baş nazirinə sui-qəsd planlarına görə üzr istəyib.

Bu haqda Serbiya hökumətindəki mənbəyə istinadən “The Guardian” yazıb.

Noyabrın əvvəlində Çernaqoriya prokurorluğu elan edib ki, rus milətçilərinin baş nazir Milo Cukanoviçə sui-qəsdinin qarşısı alınıb. Hakimiyyətin məlumatına görə, həmin qrup ölkə parlamentini hücumla almağa hazırlaşırdı. “The Guardian” əlavə edir ki, sui-qəsdçilər polis adı altında binaya girməyi planlaşdırırdılar.

Rusiya baş nazirə sui-qəsd cəhdinə görə üzr istədi

Hakimiyyətin məlumatına görə, həmin qrup ölkə parlamentini hücumla almağa hazırlaşırdı.

Səlahiyyət müddətinin başa çatmasına bir il qalmış Fransa prezident Fransua Olland impiçment oluna bilər.

Fransa Milli Məclisi (parlamentin aşağı palatası) noyabrın 10-da Fransa prezidentinə impiçment haqqında qətnamə layihəsini göndərib. Milli Məclisin sədri Klod Bartalonenin göndərdiyi sənəddə deyilir ki, layihə Respublikaçılar Partiyasından 79 deputatın dəstəyini alıb. Konstitusiyanın 68-ci maddəsinin müddəalarına uyğun olaraq, qətnamə layihəsinə Milli Məclis tərəfindən baxılması üçün 58 səs kifayətdir.

Bildirilir ki, layihənin hazırlanmasının səbəbi prezident Ollandın “öz səlahiyyətlərini ciddi şəkildə pozması” və “dövlət sirrinin qorunması sahəsində buraxdığı səhvlər”dir.

Qətnamə layihəsinin surəti ölkənin baş nazirinə də göndərilib.

“Bu yay Türkiyə qarışacaq, ora getməyin”. Bu təlimatıFETÖ lideri Fətullah Gülən 15 iyul dövlət çevrilişinə cəhddən öncə tərəfdarlarına verib.

FETÖ-nün Almaniyadakı üzvlərindən biri anonim ad altında mediaya danışıb ki, 15 iyuldan öncə Gülən onlara təlimat göndərib. “Aprel, may və iyun aylarında aparılan bütün söhbətlərdə, keçirilən bütün toplantılarda xəbərdarlıqlar edilirdi. Xüsusilə camaatın yüksək səviyyəli üzvləri “Hoca əfəndi" Türkiyə bu yay qarışacaq, ora getməyin” deyir. Heç kim bu yay Türkiyəyə getməsin” dedilər. Bu təlimatdan sonra heç kim Türkiyəyə getmədi”, - deyə o, bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Avropanı hədələyib. Prezident“Əl-Cəzirə” kanalına müsahibəsində ölkəsində hazırda 3 milyon qaçqının olduğunu, onların Avropaya gedə biləcəyini vurğulayıb: “Biz 3 milyon qaçqını saxlayırıq və Avropa İttifaqı Türkiyəyə dəstək verməlidir. Bu qaçqınlar Avropaya getsə, Avropa çaşıb qalar. Hazırda 100 qaçqını qəbul edə bilmirlər”.

Ərdoğan Avropa İttifaqının üzərinə götürdüyü vəsaiti də Türkiyəyə vermədiyini xatırladıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/175592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR