Saakaşvili yeni siyasi hərəkat yaradır - VİDEO

Saakaşvili yeni siyasi hərəkat yaradır - VİDEO
20:12 11 Noyabr 2016
79 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Odessa vilayətinin keçmiş rəhbəri Mikheil Saakashvili vaxtındanəvvəl parlament seçkisində iştirak etmək və bu ölkədəki siyasi elitanı dəyişmək üçün yeni siyasi qüvvə yaratmaq fikrində olduğunu bəyan edib.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, o bunu, bunu noyabrın 11-də Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.
Saakashvili bildirib ki, prezident Petro Poroşenko ölkədə vaxtındanəvvəl parlament seçkiləri təyin etməlidir.

O deyib ki, Poroşenko ölkədə islahatlar aparmaq üçün ondan düzgün istifadə etmədi.

" Ukraina potensalına görə ən əlverilşli Avropa ölkələrindən biridir. Vergini azaltmaq, biznesi azad etmək, insanlara azad inkişaf imkanı yaratmaq lazımdır, onda hər şey öz yerini tapacaq.

Ukraina varlı ölkədir amma bunun bəhrəsini yalnız hakimiyyətə olan bir qrup adam görür.Bütün pullar xaricdəki ofşorlarla onların hesablarına axır.

Bizə ABŞ və Avropa kömək etməməlidir,biz özümüz güclü olmalıyıq", deyə o bildirib.

Saakashvili bir daha qeyd edib ki, Ukraynada hakimiyyət dəyişməlidir, onda hər şey yerində olacaq, oğurular qanun çərçivəsində ciddi cəzalandırılacaq vəbiz onları bütün oğurlanmış pulları geri qaytarmağa məcbur edəcəyik.

Saakashvili bildirib ki, Poroshenkoya o vaxt dönə bilər ki, vaxtındanəvvəl seçki təyin eləsin, ayrı cür onunla əlaqə mümkün deyil.

Müxbirin Poroshenkonun onu ölkədən çıxara bilməsi ilə bağlı suala gəldikdə isə Saakaşvili bunları deyib.

"O məni ölkədən çıxara bilməz, qoy buna cəhd eləsin. Mən indi onun siyasətindən əziyyət çəkən Ukrayna xalqı ilə danışıram.

Gürcüstanda mənə qarşı korrupsiya ittihamı ilə iş açılıb,amma xaricdə mənə aid hesab, heç nə tapa bilməyiblər. Poroshenko deyir ki, mən gəlməyəm. Mən Kiyevə oxumağa gələndə, o da Moldovadan gəlmişdi və Moldova vətəndaşı idi. Onda hər ikimiz gəlməyik. O ukraynalıdır, mən də ukraynalıyam.

Mən Ukrayna xalqını başda oturanların hamısından çox sevirəm.Ukraynada çoxlu, və hər yaşda yaxşı vətənpərvər insanlar var. Odessada işləyəndə mən insanları müsabiqə ilə seçmişəm və onların heç birini tanımırdım. Oxuduğum dövrdə çoxlu dostlarım, tanışlarım olub, amma onlardan heç birini vəzifəyə təyin eləməmişəm".

Saakashvili daha sonra deyib ki, parlamentdə biznesmen olmamalıdır, çünki belə olanda onlar başqalarına imkan vermirlər, biznesdə hamıya bərabər şərait yaradılmalıdır.

Saakashvili sonda deyib ki, hazırki ölkə rəhbərliyi Ukraynanı Avropada ən kasıb ölkəyə çevirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR