Rıjkov: "Azərbaycana silah satırıq. Hə, nə olsun?"

Rıjkov: "Azərbaycana silah satırıq. Hə, nə olsun?"
20:12 11 Noyabr 2016
97 Dünya
Ölkə mətbuatı
A- A+

"Dağlıq Qarabağ" problemini tez həll etmk lazımdır".

AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, bunu Ermənistan-Rusiya parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Nikolay Rıjkov deyib.

Rusiyanın Azərbaycana silah satmasına gəldikdə isə o bunları deyib:" Bəli, Rusiya həqiqətən də silah satır. Nə olsun ? Biz silahı qəsdən, orda döyüş getməsi üçün satmırıq. Dağlıq Qarabağ münaqişəsini tezliklə həll etmək lazımdır.Onda hər şey öz yerinə düşəcək",deyə o bildirib.

Parlamentlərarası əməkdaşlıq komissiyasının aprel döyüşlərini pisləyən bəyanat yaymalı olması və bunun bugünədək nəyə görə edilməməsi ilə bağlı suala gəldikdə isə Rıjkov bundan xəbərsiz olduğunu deyib.

Mənbənin yazdığına görə, ona köməyə gələn komissiyanın ermənistanlı həmsədri Ermine Naqdalyan deyib ki, Rıjkov komissiyanın üzvü deyil.

"Ermənistan-Rusiya parlamentlərarası əməkdaşlıq komissiyasının yayda keçirilən iclasında yazılı şəkildə çox dəqiq bildirildi ki, bu məsələni silahla həl etmək olmaz",deyə o bildirib.

Rıjkov parlamentin dəhlizində ermənistanlı jurnalistlə söhbətdə deyib ki, Ermənistanın əsas problemi, əhalinin sosial-iqtisadi vəziyyətidir.

"Bizdə olan məlumata görə,Ermənistan əhalisinin 30 faizi kasıbdır. Bu pisdir və xalq layiqli yaşamalıdır.O ki, qaldı yeni baş nazir və yeni komandaya ümid edirəm ki, onlar iqtisadi inkişaf yolu tapacaqlar", deyə o bildirib.

Rıjkov ümid edir ki, gələn yaz Ermənistanda keçiriləcək parlament seçkilərində yaxşı işləyən yeni qüvvələr seçiləcək.

Rıjkovun rəhbərlik etdiyi nümayəndə heyəti Yerevana parlamentlərarası əməkdaşlıq komisiyasının 28-ci iclasında iştirak üçün gəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR