Azərbaycanda bu il sərnişin dövriyyəsi 1,6% artıb

Azərbaycanda bu il sərnişin dövriyyəsi 1,6% artıb
20:22 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında dəhliz vasitəsilə 253,3 milyon sərnişin daşınıb, sərnişin dövriyyəsi 5085,9 milyon sərnişin-km olub.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınan sərnişinlərin sayı 2,4%, sərnişin dövriyyəsi isə 1,6% artıb.
Yüklərin 23496,1 min tonu və ya 63,2%-i avtomobil nəqliyyatı, 10214,2 min tonu və ya 27,5%-i dəmir yolu nəqliyyatı, 3444,2 min tonu və ya 9,3%-i dəniz nəqliyyatı ilə daşınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınan yüklərin həcmində 5,4% azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 12,7% və 27,1%) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmi 2,8% artıb.
Dəhliz vasitəsilə daşınan yüklərin 14,9%-ni və ya 5518,4 min tonunu tranzit yüklər təşkil edib.
Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınan yüklərin həcmi 37154,5 min ton, yük dövriyyəsi isə 7289,0 milyon ton-km olub.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycanda-bu-il-sernisin-dovriyyesi-ise-1-6-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR