Binəli Yıldırım Trampla danışdı

Binəli Yıldırım Trampla danışdı
20:32 11 Noyabr 2016
69 Dünya
Ölkə mətbuatı
A- A+

Söhbət zamanı həmçinin regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb

Türkiyənin Baş naziri Binəli Yıldırım ilə ABŞ-ın yeni Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Milli.Az "Report"a istinadən bildirir ki, söhbət zamanı B.Yıldırım D.Trampı ABŞ-ın yeni prezidenti seçilməsi münasibətilə təbrik edib, seçkinin nəticələrinin ABŞ xalqı üçün xeyirli olmasını diləyib: "Bu gün qarşılıqlı hörmət, ortaq mənafe və dəyərlərə söykənən əlaqələrimiz güclü, dayanıqlı və həmişəkindən mühümdür. Qarşıdakı dövrdə əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün addımlarımızı atmaqda davam edəcəyik".
B.Yıldırıma təşəkkür edən Donald Tramp Türkiyəyə xüsusi dəyər verdiyini, Türkiyə-ABŞ münasibətlərinin və dialoqunun qarşıdakı dövrdə daha da inkişaf etdirilməsinə üstünlük verdiyini bildirib.
Söhbət zamanı həmçinin regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR