Azərbaycan MDB-də mütləq lider oldu

Azərbaycan MDB-də mütləq lider oldu
20:52 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

MDB Statistika Komitəsinin saytında Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə makroiqtisadi göstəricilər yenilənib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, CA-News nəşrinin ekspertləri məlumatları ölkələr üzrə bir qrafikdə yığıblar ki, oxucu İttifaqın dağılmasından sonra MDB məkanındakı iqtisadi proseslərdə öz ölkəsinin yerini görə bilsin.

Qeyd edilir ki, neftlə zəngin Azərbaycan - hansının ki, iqtisadiyyatı son 20 il ərzində beş dəfədən çox böyüyüb, - mütləq lider olub. Ancaq iqtisadiyyatının əsasını neft təşkil edən digər ölkə - Qazaxıstan belə yüksək göstəricilərə nail ola bilməyib və burada artım cəmi 262% təşkil edib.

Ermənistanın iqtisadiyyatına gəlincə, o, demək olar ki, 20 il ərzindəki artımla gözlənilmədən ikinci yerə (400%) çıxıb. Üçüncü yerdə təxminən 350%-lə Belarus qərarlaşıb.

Mərkəzi Asiya ölkələrinin arasında ən yüksək artım sürətini (3,5 dəfə) Özbəkistan göstərib. Tacikistan və Qırğızıstan müvafiq olaraq 269% və 234% artıma nail olublar.

Ən kiçik artım Rusiya, Moldova və Ukraynada qeydə alınıb (müvafiq olaraq 177%, 173% və 107%).

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/488665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR