Əməkdar artist: "Çox çətin günlər yaşadım" - FOTO

Əməkdar artist: "Çox çətin günlər yaşadım" - FOTO
21:12 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Nübar Novruzova anasının səhhəti haqda danışıb. O bu haqda Milli.Az-a bildirib:

"Uzun sürən müalicədən sonra anam bir az özünə gəlib. Amma güclü müalicə alır, tez-tez həkim nəzarətində olur. Tam danışa bilməsə də nə istədiyini başa sala bilir. Nisbətən gözümün yaşı quruyub. O, reanimasiyada olanda çox çətin günlər yaşadım. Şükür Allaha ki, çətin günlər arxada qaldı".

Qeyd edək ki, aktrisanın anası bir neçə ay bundan əvvəl reanimasiyaya yerləşdirilmişdi.

Əli Rəhimoğlu

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR