AFFA prezidenti Şimali İrlandiya - Azərbaycan oyununu izləyəcək

AFFA prezidenti Şimali İrlandiya - Azərbaycan oyununu izləyəcək
21:22 11 Noyabr 2016
161 İdman
Ölkə mətbuatı
A- A+

Şimali İrlandiya, Belfast. 11 noyabr. REPORT.AZ/ AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının 2018-ci il Dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə səfər matçını izləməyə gedib.
"Report"un Belfasta ezam olunmuş əməkdaşının məlumatına görə, qurum rəhbəri ilə yanaşı vitse-prezident Elşad Nəsirov, həmçinin AFFA-nın I vitse-prezidenti Rauf Əliyev və digər assosiasiya rəsmiləri bu gün saat 23:45-də "Wındsor Park" stadionunda keçiriləcək matçda fəxri tribunada olacaqlar.
R.Əliyev və AFFA baş katibi Elxan Məmmədov milli komanda ilə birgə noyabrın 8-də Belfasta gedib.
Qeyd ədək ki, R.Abdullayev 4 il öncə Belfastda 1:1 hesabı ilə nəticələnən matçı da həmin stadiondan izləmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-prezidenti-simali-i-rlandiya-azerbaycan-oyununu-izleyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR