Samuxda “QAZ 24” aşdı: sürücü yaralandı

Samuxda “QAZ 24” aşdı: sürücü yaralandı
21:24 11 Noyabr 2016
66 Digər
Ölkə mətbuatı
A- A+

Samuxda avtomobil aşıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncədən İmamzadə ziyarətgahına gedən yolda qeydə alınıb.

 

Samux rayon Başmanlar kənd sakini, 1994-cü il təvəllüdlü Qalib Elşən oğlu İmanov idarə etdiyi “QAZ 24” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb.

 

Qəza zamanı sürücü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259237

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR