Senator Ceff Seşns ABŞ-ın yeni müdafiə naziri ola bilər

Senator Ceff Seşns ABŞ-ın yeni müdafiə naziri ola bilər
21:52 11 Noyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Alabama ştatından olan senator Ceff Seşns yeni seçilmiş prezident Donald Trampın administrasiyasında müdafiə naziri postuna təyin edilə bilər.
"Report" xəbər verir ki, bu proqnozla CNN teleşirkəti çıxış edib.
Onun məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin sabiq rəhbəri Maykl Flinnin prezidentin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsini tutacağı istisna edilmir.
CNN-in bundan əvvəl yaydığı xəbərə görə, ABŞ-ın dövlət katibi postuna Nyu-Yorkun sabiq meri Rudolf Culianın namizədliyi nəzərdən keçirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/senator-ceff-sesns-abs-in-yeni-mudafie-naziri-ola-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR