Edvin van der Sar "Ayaks"ın baş direktoru təyin edilib

Edvin van der Sar "Ayaks"ın baş direktoru təyin edilib
22:32 11 Noyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Futbol üzrə Niderland milli komandasının sabiq qapıçısı Edvin van der Sar Amsterdamın "Ayaks" klubunun baş direktoru təyin edilib.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hazırda 46 yaşı olan holland futbolçu yeni vəzifəyə klubun Direktorlar Şurasının cümə günü keçirilən iclası zamanı təyin olunub.
Van der Sar 1990-99-cu illərdə "Ayaks"in şərəfini qoruyub. O, komandanın heyətində 4 dəfə Niderland çempionu, bir dəfə Çempionlar Liqasının qalibi olub. Van der Sar, eyni zamanda "Mançester Yunayted"in heyətində dördqat İngiltərə çempionu, Çempionlar Liqası və və klublar arasında dünya çempionatının qalibi olub.
Qapıçı Niderland yığmasında 130 matç keçirib ki, bu da milli komanda üçün rekord göstəricidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR