Azərbaycanda məktəb direktoru müəllimi döyüb

Azərbaycanda məktəb direktoru müəllimi döyüb
22:57 11 Noyabr 2016
187 Ölkə
Ölkə mətbuatı
A- A+

Gədəbəydə döyülmə faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çobankənd kəndində qeydə alınıb.

Kənd orta məktəbin direktoru Sahib Babayev mübahisə zəminində məktəbdə fizika müəllimi işləyən 1960-cı il təvəllüdlü Qəhrəman Əliyevi döyüb. Müxtəlif bədən xəsarətləri alan müəllim dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
 
Xəsarət alan müəllimin qardaşının verdiyi məlumata görə, Q. Əliyev məktəb direktorundan uzun ildir çalışdığını üçün onun dərs saatını artırmağı xahiş edib. Lakin direktor onu çölə çıxararaq döyüb.
 
Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR