Ailəsindən ayrılan kişi özünü körpüdən ataraq intihar edib

Ailəsindən ayrılan kişi özünü körpüdən ataraq intihar edib
23:05 11 Noyabr 2016
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə 59 yaşlı kişi özünü körpüdən ataraq intihar edib.

Milli.Az bildirir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə noyabrın 11-i axşam saat 18 radələrində qeydə alınıb.
 
Şəki şəhəri, Bağbanlar küçəsi ev 59 ünvanında yaşayan, 1957-ci il təvəllüdlü Vəli Əmrah oğlu Uruciyev hələ ki istintaqa məlum olmayan səbəbdən özünü Kiş çayı üzərindəki Qoxmuq körpüsündən ataraq intihar edib. Vəli Uruciyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.
 
Məlumatda bildirilir ki, ailəsindən ayrılan Vəli Uruciyev son illər tüfeyli həyat yaşayırdı.
 
Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci  (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
 
Qeyd edək ki, Kiş çayı üzərindəki Qoxmuq körpüsü Şəki şəhəri ilə Qoxmuq kəndini birləşdirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/488682.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR