Göygöl sakini minik maşını ilə qəzaya uğrayıb

Göygöl sakini minik maşını ilə qəzaya uğrayıb
23:12 11 Noyabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöl. 11 noyabr. REPORT.AZ/ Axşam saatlarında Göygöl rayonunun Xaqani kəndində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, 1994-cü il təvəllüdlü kənd sakini Nəbiyev Elnur Cavid oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomaşın qəzaya uğrayıb.
Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Yaralı dərhal əməliyyata alınıb. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildiriblər.
Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goygol-sakini-minik-masini-ile-qezaya-ugrayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR