Göygöldə iki maşın toqquşdu, xəsarət alan var

Göygöldə iki maşın toqquşdu, xəsarət alan var
23:14 11 Noyabr 2016
63 Digər
Ölkə mətbuatı
A- A+

Göygöldə iki avtomobil toqquşub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.

 

İlkin məlumata görə, iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində avtomobillərdən birinin sürücüsü 1994-cü il təvəllüdlü Elnur Nəbiyev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259242

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR