Bakıda ağır qəzadan möcüzəvi xilas olan 4 nəfər (VİDEO)

Bakıda ağır qəzadan möcüzəvi xilas olan 4 nəfər (VİDEO)
23:51 5 Yanvar 2015
183 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda möcüzə nəticəsində sağ qalan 4 nəfərlə bağlı videonu təqdim edirik. Bu videoda əsas diqqət çəkən məqam odur ki, yüksək sürətlə hərəkət edən "Mersedes" markalı avtomobil səkiyə çıxır və 4 nəfərin arasından keçərək səkidə dayanmış avtomobillərə çırpılır.

Həmin 4 nəfəri ölümdən ayıran bir neçə santimetr məsafə və ən əsası, Allahın iradəsi idi. Videodan bir daha aydın olur ki, bəzən qəzalar, ölümlə qaçılmaz olsa da, bəzən də "əcəli çatmamışdı" deyə, düşünməkdə haqlıyıq.

Qeyd edək ki, bu kadrlar Daxili İşlər Nazirliyinin (DİN) "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR