DÇ-2018: Azərbaycan millisi səfərdə Şimali İrlandiya ilə qarşılaşır

DÇ-2018: Azərbaycan millisi səfərdə Şimali İrlandiya ilə qarşılaşır
23:52 11 Noyabr 2016
306 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il Dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirir.
"Report"un məlumatına görə, Robert Prosineçkinin baş məşqçisi olduğu komanda Belfast şəhərində Şimali İrlandiya yığmasının qonağıdır.
Millimiz ilk 3 oyundan sonra 7 xalla qrupda 2-ci yerdə gedir. Şimali İrlandiya yığması isə 4 xalla Azərbaycan millisinin ən yaxın izləyicisidir. Rəqib qalib gələrsə, xallar bərabərləşəcək, Azərbaycan qələbə qazanarsa, xal fərqi 6-dək artmış olacaq. Heç-heçə isə 3 xallıq fərqi saxlayacaq.
Yığmamız Şimali İrlandiya ilə bunadək 4 dəfə görüşüb. Həmin matçlar da dünya çempionatının seçmə mərhələ oyunlarına təsadüf edib. Keçirilən 4 oyunda hər yığma 1 dəfə qalib gəlib, qalan 2 matç isə bərabərliklə nəticələnib.
Dünya çempionatı - 2018, seçmə mərhələsi, C qrupu
11 noyabr
23:45. Şimali İrlandiya - Azərbaycan
Baş hakim: Kleman Tyurpen
Yan xətt hakimləri: Nikolya Dano, Siril Qrinqor
Dördüncü hakim: Frank Şnayder (hamısı Fransa)
Belfast. "Uindsor Park" stadionu



Xəbərin orijinal ünvanı: https://report.az/futbol/dc-2018-azerbaycan-millisi-seferde-simali-i-rlandiya-ile-qarsilasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR