Amsterdamda atışma nəticəsində 3 nəfər yaralanıb

Amsterdamda atışma nəticəsində 3 nəfər yaralanıb
00:32 12 Noyabr 2016
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Niderlandın Amsterdam şəhərində atışma nəticəsində ən azı üç nəfər yaralanıb. İnsidentlə bağlı bir şübhəli şəxs saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə yerli "De Telegraaf" nəşri yazıb.
İnsident yerli kafelərdən birində baş verib. Şahidlər həmin zaman 5-6 atəşin açıldığını bildirirlər. Atışma müəssisə müştəriləri arasında təşvişə səbəb olub və onlar bayıra qaçıblar.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Ərazi dövrəyə alınıb, polis araşdırma aparır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/amsterdamda-atisma-neticesinde-3-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR