"Bəlkə də 4 qol çoxdur" - Robert Prosineçki

"Bəlkə də 4 qol çoxdur" -   Robert Prosineçki
02:37 12 Noyabr 2016
60 İdman
Ölkə mətbuatı
A- A+

İlk 3 qoldan sonra oyunumuzu tapa bilmədik. Buna baxmayaraq, irəli baxmalıyıq. Qalan oyunları düşünməliyik".


"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzduqları DÇ-2018-in seçmə qrup matçından sonra keçirilən mətbuat konfransında deyib.


Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...


Emin Mahmudovun əsas silahınız olacağını demişdiniz. Öz seçiminizdə yanılmadınız?

- Çexiya ilə müqayisədə 2 dəyişiklik etdim. Deməzdim ki, bugünkü matçın problemi oyunla bağlı idi. Problem onda idi ki, ilk 3 qolda standart vəziyyətlərdə lazımı qədər diqqətli olmadıq. İkinci hissədə öz oyunumuzu sərgiləməyə çalışdıq. Amma alınmadı. Bu gün güclü komanda qalib gəldi. Bəlkə də 4 qol çoxdur. Amma işimizi davam etdirməliyik. Bu rəqib gələn il Bakıya gələcək. O oyun sıfırdan başlanacaq. Çalışacağıq ki, nəticə daha yaxşı olsun.



Bizim qrupda Şimali İrlandiya və Almaniyanın 2 güclü komanda olduğu fikri ilə razısınız?

- Şimali İrlandiya gələn il Bakıya gələcək. Bu rəqib üstün cəhətlərindən istifadə edərək, qollarını vurdu.



Əfran İsmayılovun sonadək meydanda qalması və Ağabala Ramazanovun oyunun sonlarında meydana buraxılması nə ilə bağlı idi?

- Mən gələnədək Ağabala millidə elə də çox oynamırdı. Əfran isə elə futbolçudur ki, ondan qeyri-adi oyun gözləmək olar. İkinci hissədə Dəniz Yılmaza ötürməsini hamınız gördünüz. 0:4 hesabı ilə uduzmağımıza baxmayaraq, top saxladıq, ötürmələr verdik. Əfranın o ötürməsi nəticə versəydi, hesab 1:2 olacaqdı. Rəqibin üstün tərəflərini bilirdik. Bu gün rəqib güclü idi. Biz hələ 4 oyun keçirmişik, 3-ü səfərdə olub. Bu günədək gördüyüm işlərdən razıyıq. Hələlik 4 oyundan 7 xal yığmışıq. İşimizi davam etdirəcəyik. Əfranı ona görə saxladım ki, sonadək nə isə edəcəyinə ümidli idim. Amma 0:4 hesabı ilə uduzduqdan sonra belə sualları normal qəbul edirəm.




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotblk-d-4-qol-coxdurquot-t54087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR