Azərbaycan cüdoçusu İsraildə Avropa çempionu olub

Azərbaycan cüdoçusu İsraildə Avropa çempionu olub
02:37 12 Noyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ İsrailin paytaxtı Təl-Əviv şəhərində 23 yaşadək cüdoçular arasında Avropa birinciliyinə start verilib.
"Report" xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub.
73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən gənc cüdoçumuz Hidayət Heydərov finala gedən yolda Kipr, Belçika, Kosova və Rusiya idmançılarını məğlub edib. Həlledici görüşdə tatami sahibi Tohar Butbuka inamla qalib gələn cüdoçumuz Avropa çempionu olub.
66 kq çəki dərəcəsində çıxış edən Telman Vəliyev Macarısta, Türkiyə və İtaliya təmsilçilərini udaraq yarımfinala çıxıb. Cüdoçumuz yarımfinal görüşündə moldovalı Denis Vieruyaya məğlub olaraq təsəlliverici görüşə qatılıb. Bu mərhələdə tatami sahibi Aleksandr Raskopineyə uduzan Vəliyev 5-ci yeri tutub.
Digər təmsilçilərimiz Mehman Sadıqov, Davud Məmmədsoy (hər ikisi 60 kq) və Fəqan Quluzadə (73 kq) mübarizəni erkən dayandırıblar.
Qeyd edək ki, 40 ölkədən 321 cüdoçunun (190 oğlani, 131 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan millisi 9 cüdoçu ilə təmsil olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-cudocusu-i-srailde-avropa-cempionu-oldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR