Niderlandın Amsterdam şəhərində atışma nəticəsində ən azı üç nəfər yaralanıb. İnsidentlə bağlı bir şübhəli şəxs saxlanılıb.
Publika.az xəbər verir ki, insident yerli kafelərdən birində baş verib. Şahidlər həmin zaman 5-6 atəşin açıldığını bildirirlər. Atışma müəssisə müştəriləri arasında təşvişə səbəb olub və onlar bayıra qaçıblar.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Ərazi dövrəyə alınıb, polis araşdırma aparır.