Bədavi Hüseynov: "Daha yaxşı oynayacağımızı düşünürdük"

Bədavi Hüseynov: "Daha yaxşı oynayacağımızı düşünürdük"
05:27 12 Noyabr 2016
71 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ "Bizi çətin oyunun gözlədiyini bilirdik. Rəqibin heyətində ucaboy futbolçular çox idi. Onların "ikinci mərtəbə"dən daha çox yararlanacaqlarını bilirdik".
"Report"un Belfasta ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan yığmasının futbolçusu Bədavi Hüseynov Şimali İrlandiya millisinə səfərdə 0:4 hesabı ilə uduzduqları DÇ-2018-in seçmə qrup matçından sonra deyib.
Təcrübəli müdafiəçi bildirib ki, hər 3 qolun standart vəziyyətdən buraxılması rəqibin oyun üslubunu bir daha təsdiqləyir:
"Daha yaxşı oynayacağımızı düşünürdük. Amma alınmadı. Düzü, bir qədər də həyəcanlı idik. Matça pis başlamamışdıq. Ötürmələrə üstünlük verməyə çalışırdıq. Lakin rəqib pressinq edərək, istəyimizə çatmağa imkan vermədi. Meydan da bir qədər sürüşkən idi. Bu da oyunumuza təsir göstərdi. İkinci hissədə yaxşı qol imkanımız oldu. Gedişatı dəyişəcəyimizə inam var idi. Amma alınmadı. Evə məyus dönürük. Növbəti oyunda məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bedavi-huseynov-daha-yaxsi-oynayacagimizi-dusunurduk

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR