Moqerinidən ABŞ-a sərt bəyanat

Moqerinidən ABŞ-a sərt bəyanat
06:59 12 Noyabr 2016
105 Digər
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqının Ukrayna ilə bağlı siyasəti Vaşinqtonda müəyyənləşmir, ABŞ administrasiyasında baş verən dəyişikliyə baxmayaraq siyasətimiz dəyişməz olaraq qalacaq.

 

APA-nın məlumatına görə, bunu “Deutsche Welle”-yə müsahibəsində Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib.

 

“Avropa İttifaqının Ukrayna ilə bağlı siyasəti Vaşinqtonda müəyyənləşmir. Son illər biz Vaşinqtonla olduqca məhsuldar və konstruktiv əməkdaşlıq etmişik. Bu əməkdaşlıq çox faydalı olub. Həm bizim üçün, həm də tərəfdaşlarımız üçün. Lakin Krımın ilhaqı ilə bağlı siyasətimiz dəyişməz qalacaq. Rusiyanın Krımı ilhaq etməsi qeyri-qanunidir. Bunu tanımayacağıq”, deyə F.Moqerini vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259259

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR