x
Loading...

Futbolçularımızın təyyarəsində problem yarandı

Futbolçularımızın təyyarəsində problem yarandı
07:29 12 Noyabr 2016
94 Digər
Ölkə mətbuatı
A- A+
.

Futbol üzrə Azərbaycan milli komandası Şimali İrlandiya yığması ilə 2018-ci il Dünya çempionatının seçmə qrup matçından sonra hələ də Belfast şəhərindədir.

 

Lent.az-ın "report"-a istinadən məlumatına görə, səbəb yerli vaxtla saat 01:00-da uçuşa başlaması gözlənilən "Boeing 787 Dreamliner" təyyarəsində texniki nasazlığın üzə çıxmasıdır. Təyyarədəki problemin nə zaman aradan qaldırılacağı bilinmir. Bu, tezliklə baş verməsə, Bakıdan yeni təyyarənin Belfasta göndərilməsi də mümkündür.

 

Hələlik futbolçular və nümayəndə heyətinin üzvləri, o cümlədən, jurnalistlər Belfast Hava Limanındadırlar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259262

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR