DÇ-2018: Avropa zonasında təsnifat mərhələsinin 10 matçı oynanılıb

DÇ-2018: Avropa zonasında təsnifat mərhələsinin 10 matçı oynanılıb
07:47 12 Noyabr 2016
152 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ 2018-ci il Dünya çempionatının seçmə qrup mərhələsində bu gün IV tura start verilib.
"Report"un məlumatına görə, ilk oyun günündə 10 qarşılaşma keçirilib.
Gecənin "A" qrupunda baş tutan yeganə matçı Fransanın gözlənilən qələbəsi ilə nəticələnib.
Azərbaycan millisinin yer aldığı "C" qrupunda 3 oyun keçirilib. Almaniya San-Marinonu səfərdə darmadağın edib. Çexiya isə ilk qələbəsini evdə Norveç üzərində qazanıb.
"E" qrupunun mərkəzi görüşündə Rumıniya yığması Polşanı qəbul edib və məğlub olub. Danimarka da qələbəyə sevinib.
"F" qrupunda Britaniya derbisi İngiltərənin böyükhesablı qələbəsi ilə nəticələnib.
Dünya çempionatı, seçmə qrup mərhələsi, IV tur
11 noyabr
"A" qrupu
23:45. Fransa - İsveç - 2:1
Qollar: Pol Poqba, 58, Dimitri Payet, 65 - Emil Forsberq, 55
Qrupda vəziyyət: Fransa - 10. İsveç - 7. Hollandiya - 4. Bolqarıstan - 3. Belarus - 2. Luksemburq - 1.
"C" qrupu
23:45. Şimali İrlandiya - Azərbaycan - 4:0
Qollar: Kal Lafferti, 27, Qaret Makkaule, 40, Konor Maklauhlin, 67, Kevin Brant, 82
23:45. San-Marino - Almaniya - 0:8
Qollar: Sami Hedira, 7, Serje Qnabri, 9, 58, 76, Jonas Hektor, 32, 65, Mattia Stefanelli, 82-öz qapısına, Kevin Volland, 86
23:45. Çexiya - Norveç - 2:1
Qollar: Mikael Krmençik, 11, Yaromir Jmrhal, 47 - Adama Diomande, 87
Qrupda vəziyyət: Almaniya - 12. Şimali İrlandiya - 7. Azərbaycan - 7. Çexiya - 5. Norveç - 3. San-Marino - 0.
"E" qrupu
21:00. Ermənistan - Monteneqro - 3:2
Qollar: Artak Qriqoryan, 50, Varazdat Haroyan, 74, Qevorq Qazaryan, 90+4 - Dəmir Kojaseviç, 36, Stefan Yovetiç, 38
23:45. Danimarka - Qazaxıstan - 3:1
Qollar: Andreas Kornelius, 15, Kristian Eriksen, 37-pen, Peter Ankersen, 78 - Qafurcan Suyumbayev, 17
23:45. Rumıniya - Polşa - 0:2
Qollar: Kamil Qrosistki, 11, Robert Levandovski, 83
Qrupda vəziyyət: Polşa - 10. Monteneqro - 7. Danimarka - 6. Rumıniya - 5. Ermənistan - 3. Qazaxıstan - 2.
"F" qrupu
23:45. Malta - Sloveniya - 0:1
Qol: Benjamin Verbiç, 50
23:45. Slovakiya - Litva - 4:0
Qollar: Adam Nemets, 12, Juray Kuçka, 15, Martin Şkrtel, 36, Marek Hamşik, 87
23:45. İngiltərə - Şotlandiya - 3:0
Qollar: Daniel Starric, 22, Adam Lallana, 50, Qari Keyhill, 61
Qrupda vəziyyət: İngiltərə - 10. Sloveniya - 8. Slovakiya - 6. Litva - 5. Şotlandiya - 4. Malta - 0.
Digər oyunlar 12-13 noyabr tarixlərində keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/dc-2018-avropa-zonasinda-tesnifat-merhelesinin-10-matci-oynanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR