ABŞ-a yeni kiberhücumlar: Rusiya nə öyrənmək istəyir?

ABŞ-a yeni kiberhücumlar: Rusiya nə öyrənmək istəyir?
08:12 12 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Donald Trampın qələbəsindən bir neçə saat sonra rusiyalı hakerlər ABŞ analitik mərkəzlərinə hücumlara başlayıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters"ə kibertəhlükəsizlik sahəsi ilə məşğul olan 3 şirkətdən məlumat veriblər. Onların məlumatına əsasən hücumları "Cozy Bear" haker qrupunun həyata keçirdiyi güman olunur. Rusiya kəşfiyyatı ilə əlaqəli olan bu qrup seçkidən əvvəl Demokrat Partiyasının serverlərinə də hücum etmişdi.
 
"AlienVault" kibertəhlükəsizlik şirkətinin baş mütəxəssisi Ceymi Blasko bildirib ki, rusiyalı hakerlər böyük ehtimalla seçkidən sonrakı keçid dövründə Vaşinqtondan nələr baş verəcəyi haqda məlumat toplamaq istəyir.
 
Hələlik Federal Təhqiqatlar Bürosu (FBİ) yeni hücumlarla bağlı açıqlama verməyib. Obama administrasiyasının keçmiş yüksək vəzifəli əməkdaşı isə qeyd edib ki, Ağ Ev Moskvaya qarşı cavab addımları atmaq qərarına gəlib, lakin hələlik bunun hansı şəkildə ediləcəyi müəyyən olunmayıb. O, 3 variantın nəzərdən keçirildiyini açıqlayıb: kiberhücumların arxasında dayanan konkret şəxslər haqqında prokuror təhqiqatı; Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar; cavab xarakterli kiberhücumlar.
 
Qeyd edək ki, Barak Obama 2017-ci il yanvarın 20-nə qədər prezident səlahiyyətlərinin icrasını davam etdirəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/488563.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR