Bakı – APA. İranla "altılıq" ölkələri arasında nüvə proqramı üzrə danışıqların yeni raundu yanvarın 15-də baş tutacaq.
APA-nın “İTAR-TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə diplomatik mənbələr məlumat verib.
Cenevrə şəhərində keçiriləcək görüşdə İran və “altılıq” ölkələrinin (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) nümayəndələri iştirak edəcək.