Bu robot işıqla hərəkət edir

Bu robot işıqla hərəkət edir
08:22 12 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Amerikalı, koreyalı və başqa ölkələrdən olan alimlər tərəfindən yaradılmış kiçikölçülü robotlar işığın təsiri ilə hərəkət etmək qabiliyyətinə malikdirlər. Pitsburq və İnxa universitetlərinin mütəxəssisləri Hərbi Hava Qüvvələri laboratoriyasının əməkdaşları ilə birgə polimer maddələrdən ibarət robotların yaradılması üzərində çalışıblar.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, ilk öncə robotun enerji mənbəyi qismində maqnit sahəsi, akustik dalğalar, həmçinin temperatur dəyişkənliyindən istifadə planlaşdırılmışdı. Ancaq son nəticədə ultrabənövşəyi şüadan istifadəyə dair qərar verilib.
 
Sınaqlar xüsusi monolit polimerlərdə keçirilib. Onları maye kristal polimerdən əldə edirlər. Belə materialdan yaradılmış qurğular ultrabənövşəyi şüaların təsiri ilə hərəkət edir.
 
Robot yalnız irəli və geriyə doğru deyil, həm də 15 dərəcə bucaq altında hərəkət etmək qabiliyyətinə malikdir. Hələ ki hərəkət sürəti saniyədə bir neçə millimetr təşkil edir. Qeyd edək ki, robot işıq mənbəyi mövcud olana kimi hərəkət edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/488558.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR