Hakerlər interneti məhv edə bilər

Hakerlər interneti məhv edə bilər
08:27 12 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Hakerlər hər an ümumdünya internet şəbəkəsini sıradan çıxara bilər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, onun nə zaman dərhal bərpa ediləcəyi bilinəcəyi isə məlum deyil.

Kibertəhlükəsizlik üzrə mütəxəssis Bryus Şnayderin fikrincə, belə bir şey baş versə, onun nəticələri çox ağrılı olacaq. Tam sındırılma baş verdiyi halda, minimum bütün onlayn servislər, veb-saytlar və elektron poçtlar söndürüləcək. Mütəxəssisin sözlərinə görə, naməlum hakerlər artıq iki ildir ki, bunu öyrənir və buna bənzəri etmək istəyirlər.

B.Şnayder müxtəlif internet şirkətlərindəki anonim mənbələrə istinad edir. Bunu birinci dərəcəli rabitə operatorları da, köklü DNS-serverlər də edə bilər ki, bundan sonra sadəcə olaraq qlobal internet olmayacaq.

Şnayder həmçinin bildirib ki, bu işlə kimin məşğul olduğu məlum deyil, çünki onlar mütəmadi olaraq bunu gizlədirlər. Təxmini olaraq belə bir irimiqyaslı layihənin arxasında böyük ölkələr dura bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/488565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR