Millimiz itirə-itirə geri gedir

Millimiz itirə-itirə geri gedir
08:37 12 Noyabr 2016
110 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin Şimali İrlandiyaya məğlubiyyəti FİFA reytinqindəki mövqeyimizə mənfi təsir edəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamızın DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən qarşılaşmadakı 0:4 hesablı yenilgisi xal itkisi ilə nəticələnib.
 
Ötən ay 404 xalla 88-ci olan komandamız seçmə mərhələdəki ilk məğlubiyyətdən sonra aktivini 386-ya qədər azaldıb. Yəni Belfastdakı uğursuzluq 18 xal itkisinə səbəb olub.
 
Bunun mövqeyimizə nə qədər təsir edəcəyi isə növbəti siyahının açıqlanacağı günədək baş tutacaq matçların nəticəsindən asılıdı. Lakin indiki cədvələ baxsaq, bu xal 89-cu olmaq üçün də yetərlidi. Əgər aşağı pillələrdəki komandalar sıçrayışa imza atmasa, cəmi 1 pillə geriləmiş olacağıq.

Mili.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR