Bakıda yanğın oldu
Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan taxta konstruksiyadan ibarət köməkçi tikilinin dam örtüyü 10 m2 sahədə yandı.
Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olundu.
Yanğın saat 03:29-da yanğınsöndürənlər tərəfindən söndürüldü.