Uşaqları ev işlərinə necə həvəsləndirək?

Uşaqları ev işlərinə necə həvəsləndirək?
08:57 12 Noyabr 2016
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Evin bütün işləri ananın boynunda olur. Bəzən ata evdə olanda anaya yardım edir. Ancaq uşaqlar bəzən həmişəlik qonaqlar kimi əllərini ağdan-qaraya vurmurlar. Ana hər nə qədər çalışır ki, uşaqları vəzifələrini bilib məsuliyyətli olsunlar, ancaq fayda vermir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər bu gün işlərinin öhdəsindən gəlməsələr, sabahısı günü yarı-yarımçıq böyüklər olacaqlar.

Bəs uşaqlarımızın ev işlərində bizə yardım etməsi üçün nə etməliyik? Psixoloqlar bəzi tövsiyələr verir ki, onlara nəzər salaq:
- Övladlarınıza deyin ki, evin işlərində sizə yardım etməlidirlər və heç bir şikayətə qulaq asmayın.
- Uşaqlarınızı həvəsləndirərək izzəti-nəfslərini gücləndirin.
- Onlara başa salın ki, iş görmək onlar üçün nə qədər şadlıq və rahatlıq gətirəcəkdir.
- İş görmək həm uşaqlar və həm də ailənin başqa üzvləri üçün faydalıdır.
- Onların gördüyü işi xoş üzlə qarşılayın.
- Hətta ən az işləri üçün onları tərifləyin.
- Gün ərzində uşağınızın gördüyü işləri başqalarına söyləyib onu təşviq edin. O zaman ki, otağında oyuncaqlarının yerində olduğunu və yatağın düzəldiyini görürsünüzsə, onu tərifləyin və çox zəhmət çəkdiyini vurğulayın.
- Diqqətinizi gördüyü işə cəm edin, nəticəyə deyil.
- İcazə verin ki, uşaq gördüyü işi sizə saysın.
- Bəzən də uşaqlarınıza iş seçimini özü etməsinə icazə verin.
- Vəzifələrini tənzim edin.
- Hər gün hansısa işi görməsinə nəzarət edin.
- İş üçün müəyyən zaman təyin edin.
- Əgər işini yaxşı görübsə, onu mükafatlandırın, məsələn bir dondurma alın.
- Nəzərə alın ki, hədəf, həmkarlıq, qarşılıqlı ehtiram mühümdür. Nəinki görülən işlər.
- Davamlı tənbeh etməkdən çəkinin.
- Uşaqlarınıza xoş söz deyin: "güclü oğlum", "mehriban qızım" kimi.
- Etməyəcəyiniz məhdudiyyətlər haqqında söz açmayın.
- Kiçik yaşlı uşaqlarınıza tapşırıq verən zaman onu izah edin.
- Uşaqların yaş fərqini nəzərə alın.
- Uşağın nöqsanlarını çox vurğulamayın.
Əgər uşaq yaşlarından övladlarınıza məsuliyyət hissini aşılamasanız, böyüyən zaman cəmiyyətə fayda verməkdə çətinlik çəkəcəklər. Ona görə də hələ kiçik yaşlarından uşaqlarınıza ev işləri görməyi öyrədin və vəzifələrini təyin edin. (

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR