DÇ-2018: Türkiyə ilk qələbəyə doğru

DÇ-2018: Türkiyə ilk qələbəyə doğru
08:58 12 Noyabr 2016
164 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün DÇ-2018-in seçmə mərhələsində növbəti oyunlar keçiriliəcək.

Publika.az xəbər verir ki, ikinci oyun günündə D, E və G qruplarında matçlar keçiriləcək. D qrupunun ilk 4 pilləsində qərarlaşan iddialılar bu turda münasibətlərini aydınlaşdıracaq. Avstriya İrlandiyanı, Uels isə Serbiyanı sınağa çəkəcək. Hər iki qarşılaşmada öndə qərarlaşan komanda səfərdə oynayacaq.

J qrupunun mərkəzi matçı Albaniyada baş tutacaq. “Qarabağ”ın futbolçusu Ansi Aqollinin komandası İsraili sınağa çəkəcək. Liderlər İspaniya ilə İtaliyanın nisbətən asan sınağa çıxdığı turda Albaniya 3-cü pillədə möhkəmlənmək üçün vuruşacaq.

Günün ən maraqlı oyunlarından biri İ qrupunda baş tutacaq. 7 xalla şərikli liderlik edən Xorvatiya ilə İslandiya balkanlıların meydanında görüşəcək. Qonşu Türkiyə yığması üçün isə ilk qələbəni qazanmaq imkanı yaranıb. “Ay-ulduzlular” seçmə mərhələnin debütantı Kosovonu məğlub etməklə durumunu yaxşılaşdırmağa iddialıdı.

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası

12 noyabr

D qrupu

21:00. Gürcüstan – Moldova

21:00. Avstriya – İrlandiya

23:45. Uels – Serbiya

G qrupu

23:45. Lixtenşteyn - İtaliya

23:45. Albaniya - İsrail

23:45. İspaniya - Makedoniya

I qrupu

21:00. Türkiyə - Kosovo

21:00. Xorvatiya – İslandiya

23:45. Ukrayna – Finlandiya


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/175632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR