Prosineçki belə məğlubiyyət görməmişdi

Prosineçki belə məğlubiyyət görməmişdi
09:12 12 Noyabr 2016
110 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin Şimali İrlandiya ilə DÇ-2018-in seçmə oyunu antirkordla əlamətdar olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamız baş məşqçisi Robert Prosineçkinin rəhbərliyi altında ən acınacaqlı məğlubiyyətini alıb.

0:4 hesabı ilə uduzan komandamız xorvatiyalı mütəxəssisə görmədiyi darmadağını yaşadıb. 16-cı dəfə millimizi meydana çıxaran Prosineçki ən pis halda 3 top fərqli yenilgiyə üzülmüşdü.
 
Bu, ötən il iyunun 7-də Serbiya ilə yoxlama matçında qeydə alınmışdı. 1:4 hesablı məğlubiyyət xorvatiyalının yığmamızda üzləşdiyi yeganə böyükhesablı məğlubiyyət idi.
 
Seçmə mərhələdə ilk, ümumilikdə 2-ci darmadağın Belfastda yaşanıb və daha ağır olub.
 
Qeyd edək ki, Prosineçki 16-cı matçda 6-cı dəfə yenilgiyə şahidlik edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR