Uzaq yaşıl adada basdırılan ÜMİDİMİZ - FOTO

Uzaq yaşıl adada basdırılan ÜMİDİMİZ - FOTO
10:05 12 Noyabr 2016
82 İdman
Ölkə mətbuatı
A- A+

Qrupda ilk üç turdan sonra yığdığı xallara baxanda millidən bu biabırçılığı, yəqin ki, heç kim gözləmirdi. Rəqib tanış komanda - Şimali İrlandiya millisi ola özü də. Razı, bu yığma 2 il bundan öncəki yığma deyil. Axı biz də həmin milli deyildik. Azərbabycan millisi tarixi boyu göstərmədiyi uğurlu startı ilə Avropada ikinci "İslandiya" təəssüratı yaratmışdı. Bəs uğurlu startın davamına nə mane oldu?! 

1. Uğursuz start

Norveç və Çexiya ilə oyunu xatırlamaq istəyirəm. Millinin heyətində sağ cinahda Ağabala Ramazanov hər iki matçda Məhəmməd Mirzəbəyovun "sığortaçısı" funksiyasını mükəmməl yerinə yetirməklə yanaşı, əks hücumlar zamanı rəqibi təzyiq altında saxlamağı bacaran futbolçularımızdan biri idi. "Qalib heyəti dəyişməzlər" deyiblər. Uzun zaman zədəli olan və "Qarabağı"ın heyətində Qurban Qurbanovun əsas heyət oyunçusu kimi etimad göstərmədiyi Əfran İsmayılovun Ağabalanın əvəzinə ilk dəqiqələrdən meydana çıxmasının səbəbi nə idi?

Bu hesabdan sonra (3:0 idi bu dəyişikliklər zamanı), Ağabala və Nazarovu yox, Messini də AFFA milliləşdirsə, oyunu xilas edə bilməzdi. 

Çox maraqlıdır, cənab Prosineçki, Əfranda nə var ki, ondan Ağabala və Araz Abdullayevdə yoxdur?

2. Millinin son oyunları ilə yanaşı, dünənki matçın ilk hissəsində göstərdiyi cəsarətli futbol ilə fərqlənən Ramil Şeydayevin ikinci hissədə "Bursaspor"un uzun zamandır zədədən əziyyət çəkən forvardı Dəniz Yılmazla əvəzlənməsi vaxtından əvvəl edilmiş "həmlə" idi.

3. Hesabın bu qədər böyük olmasının səbəbi:

Start heyətdə meydana çıxan Əfranın göstərdiyi oyuna nə ad verək, bilmirəm. Oyununu əks hücumlar üzərində quran bir millinin kəsərli hücum qurmaq istəyi zaman Əfranın topla davranışı, "buz üstə sürüşən uşağa" bənzəyirdi. Ya ötürməni xeyli ləngidirdi, rəqib müdafiədəki yerini tuturdu. Ya da heç ötürmələri ünvanına çatmırdı. Bütün bunlara rəğmən oyunun final fitinə qədər top qovan Əfran komanda yoldaşlarının əziyyətini yerə vurmaqdan başqa nə etdi ki?!

NƏTİCƏ

2 il bundan öncə Ş.İrlandiyadan aldığımız 4 xalın acığını "ev sahibləri" 4 qolla çıxdı.

Şimali İrlandiyanı mat qoyduq

Ötən gün bütün Şimali İrlandiya futbol üzrə Azərbaycan milli komandasını Belfast şəhərinə aparan "Boeing 787 Dreamliner" təyyarəsindən danışırdı. İrlandları mat qoya bildiyimiz yeganə şey "Boeing"imiz oldu.

Qeyd edək ki, indiyə qədər Belfastda belə müasir təyyarə ilk dəfə görünüb. 

Təhməz Təkin
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488729.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR