Lənkəranda mokroavtobusla minik maşını toqquşub, bir nəfər ölüb, bir nəfər xəsarət alıb

Lənkəranda mokroavtobusla minik maşını toqquşub, bir nəfər ölüb, bir nəfər xəsarət alıb
10:07 12 Noyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 12 noyabr. REPORT.AZ/ Lənkəran rayonunda ağır yol qəzası baş verib. 
“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının 205-ci km-də, Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisində qeydə alınıb. 
Lənkəran rayon sakini, 1981-ci il təvəllüdlü Əliyev Rövşən Sahib oğlunun idarə etdiyi 50-CG-476 dövlət nömrə nişanlı "Ford" markalı mikroavtobusla, Astara rayonunun Ojakəran kənd sakini, 1988-ci il təvəllüdlü Nəsirov Xəyyam Zərbi oğlunun idarə etdiyi "Tofaş" markalı avtomobil toqquşub. 
Qəza nəticəsində "Ford"un sürücüsü R.Əliyev hadisə yerində düynasını dəyişib. "Tofaş"ın sərnişini, Asrata rayonunun Kişəbə kənd sakini, 18 yaşlı Talıblı Cəlil Əlövsət oğlu ağır kəllə beyin zədəsi alıb və Lənkəran rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdı. 
Faktla bağlı araşdırma aparılır. 









Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-mokroavtobusla-minik-masini-toqqusub-bir-nefer-olub-bir-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR