Bakıda 53 yaşlı kişi özünü bıçaqlayıb

Bakıda 53 yaşlı kişi özünü bıçaqlayıb
10:12 12 Noyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Suraxanı rayonunda özünü öldürmək istəyən şəxs boğazına və ürək nahiyəsinə bıçaq zərbəsi vurub.
"Report"un xəbərinə görə, hadisə Hövsan qəsəbəsi Çöllük küçəsi ev 3-də baş verib.
1963-cü il təvvəllüdlü Dadaşov Dadaş Həsən oğlu hələlik məlum olmayan səbəblərdən qarın və ürək nahiyələrinə bıçaq zərbəsi vurub. Daha sonra isə boğazını kəsib.
Ağır xəsarət alan şəxs yaxınlarının köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlərin müayinəsindən sonra D.Dadaşovun özünə 3 bıçaq zərbəsi vurduğu məlum olub. 
Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində (RPİ) araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-53-yasli-kisi-ozunu-bicaqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR