Lənkəranda mikroavtobusla “Mercedes” toqquşdu - ölən var

Lənkəranda mikroavtobusla “Mercedes” toqquşdu - ölən var
10:14 12 Noyabr 2016
139 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 8.40 radələrində Ələt-Astara magistralının rayonun Aşağı Nüvədi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

RAF markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobili toqquşub. Güclü zərbədən “Mercedes”in sərnişini, Astara rayonunun Kijəbə qəsəbə sakini Rövşən Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Minik avtomobilinin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşını ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259265

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR