İçki içən oruc tutursa, namaz da qıla bilərmi?

İçki içən oruc tutursa, namaz da qıla bilərmi?
10:29 12 Noyabr 2016
226 Digər
Ölkə mətbuatı
A- A+

Müalicə məqsədi ilə spirtli içki qəbul etmək olar? Allaha “kişi”, “baba” demək günahdır?
 
“Tədricilik maddi varlığın ayrılmaz bir parçası, təkamülün önəmli şərtlərindən biridir. Biz həyatda hər şeyi tədricən əldə edirik. Bu maddi dünyanın qanunauyğunluğudur. İlahi həqiqətlər də Yer üzünə tədricən nazil olub, elmə tədricən yiyələnirik. İnsan kamillik yolunda pillə-pillə irəliləyir. Dini hökmlər də bu tədricilik prinsipinə əsaslanır. Şəriət qanunları insanlara bütövlükdə deyil, mərhələ-mərhələ çatdırılıb”.
 
APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Hacı Şahin Həsənli “Yaşıl orta”  verilişində deyib. O bildirib ki, Məhəmməd peyğəmbərin dəvətini Məkkə və Mədinə dövrü olmaqla 2 yerə bölmək olar: “ Allah  rəsulu Məkkədə daha çox islam əqidəsini ideoloji baxımdan insanlara çatdırıb. Mədinə dövründə isə şəriət  qaydalarını izah etməyə başlayıb. Örtünmə haqda ayələrin enməsi, içkinin qadağan olması,qənimətin bölünməsi, irslə bağlı məsələlər tədriciliyə əsaslanır. Məkkə fəth olunduqdan sonra faiz, sələmçilik ilə bağlı ayələr nazil oldu. Peyğəmbərin özü şəriəti mükəmməl bilib əməl etməsinə baxmayaraq, hökmlər cəmiyyətə mərhələli şəkildə çatdırılıb”.
 
Ş.Həsənlinin sözlərinə görə dindəki tədricilik insanları Allahın əmrlərinə hazırlamaq məqsədi daşıyır: “O zamankı ərəb toplumunda da içkidən istifadə edilirdi. İçkinin yasaq edilməsi bir neçə ayə ilə buyruldu. Birinci mərhələyə “Nəhl” surəsinin 67-ci ayəsini qeyd edə bilərik: “Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab (yaxud sirkə) və gözəl ruzi (kişmiş, mövüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz. Şübhəsiz ki, bunda da ağılla düşünənlər üçün bir ibrət vardır”. Bu ayədə içki xeyirli ruzidən ayrılır.  İkinci “Nisa” surəsinin 43-cü ayəsi: “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın”. Yəni heç olmasa namaz müddətində sərxoş olmayın. “Bəqərə” surəsinin 219-cu ayəsində belə buyrulur: “ (Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”! Xeyir deyildiyində burada mənfəət nəzərdə tutulur. Məsələn, qumar vasitəsi ilə, içkinin ticarətindən də insanlar qazanc  əldə edə bilir. Ayədə qeyd olunur ki, bunların ziyanı xeyrindən daha çoxdur. Sən məfəət əldə edirsən, amma içki insanların mənəvi tənəzzülünə səbəb olur. Son ayədə isə içkinin haram olması qətiyyətlə bildirilir. Buyrulur ki, içki şeytan əməllərindəndir, ondan çəkinin ki, bəlkə nicat tapasınız. Gördüyünüz kimi dini hökmlər mərhələ-mərhələ insanlara çatdırılıb”.
 
İlahiyyatçı qeyd edib ki, içkinin haram olması Allah əmri olduğu kimi namaz qılmaq da Rəbbin vacib hökmlərindəndir: “ İnsan haramlardan uzaq olmağa çalışmalıdır. Dinimizə görə içki içənin 40 gün ibadəti qəbul olmaz. Həmçinin  namaz insanları pis əməllərdən uzaqlaşdırır. Birisi günah etdiyi halda yenə də ibadətə yönəlirsə, namaz onu tədricən günahdan uzaqlaşıra bilər. İçki qəbul edən insana ibadəti qadağan etmək olmaz”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçiriləcək

24 Sentyabr 2017 07:12

Meksikanın Oahaka ştatında fövqəladə vəziyyət elan edilib

24 Sentyabr 2017 06:52

Nazir Trampı psixi xəstə adlandırdı

24 Sentyabr 2017 06:43

Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə əlaqədar bəyanat yaydı

24 Sentyabr 2017 06:38

Yerevanda baş vermiş atışmada iştirak edənlərdən biri həbs edilib

24 Sentyabr 2017 06:17

Zəlzələ Meksikada 305 can aldı

24 Sentyabr 2017 06:09

Tramp İranı ittiham etdi

24 Sentyabr 2017 05:59

Əfqanıstanda taliblərin hücumu zamanı 5 polis öldürülüb

24 Sentyabr 2017 05:42

Lütfi Zadənin nəşinin gətiriləcək gün bəlli oldu

24 Sentyabr 2017 05:14

Xızıda bir gündə 616 ədəd partlamamış hərbi sursat tapıldı

24 Sentyabr 2017 05:04

13 yaşlı lənkəranlı atlet Avropa birinciliyində bürünc qazandı

24 Sentyabr 2017 04:58

Lütfi Zadənin nəşi sentyabrın 26-da Los-Ancelesdən Bakıya yola salınacaq

24 Sentyabr 2017 04:57

Helikopterimiz meşə yanğınını söndürməyə çalışacaq

24 Sentyabr 2017 04:54

Neymarın "PSJ"dəki əmək haqqı məlum olub

24 Sentyabr 2017 04:37

Şəkidə “Avropa şəhərciyi” - FOTOLAR

24 Sentyabr 2017 03:53

Şimali Koreyanın xarici işlər naziri Trampı psixi xəstə adlandırıb

24 Sentyabr 2017 03:47

Filippində 5,7 bal gücündə zəlzələ olub

24 Sentyabr 2017 03:17

Azərbaycan Fransada "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə təmsil olunur

24 Sentyabr 2017 03:07

Məşhur boksçu 26 milyon dollara malikanə aldı - FOTOLAR

24 Sentyabr 2017 02:58

3 uşaq anası olan Beyons yenə heyran etdi

24 Sentyabr 2017 02:49

Puerto-Rikoda 10 nəfər "Mariya" qasırğasının qurbanı olub

24 Sentyabr 2017 02:27

205 illik cəhənnəm: 10 il işgəncə verib edam edirdilər... - FOTOLAR

24 Sentyabr 2017 02:03

Həmsədrlər bəyanat verdi

24 Sentyabr 2017 01:44

Türkiyə Super Liqası: "Fənərbağça" - "Beşiktaş" - 2:1

24 Sentyabr 2017 01:37

Xızıda 616 ədəd partlamamış hərbi sursat aşkarlanıb

24 Sentyabr 2017 01:27

Salyanda qəza: 68 yaşlı qadın ağır xəsarət aldı

24 Sentyabr 2017 01:23

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə

24 Sentyabr 2017 01:18

Şimali Koreyadan inanılmaz etriaf

24 Sentyabr 2017 00:57

Bakıda yeni fırıldaq - Bələdiyyə avtobusu - VİDEO

24 Sentyabr 2017 00:53

Sentyabrın 24-nə olan

24 Sentyabr 2017 00:40

Voleybol üzrə Avropa çempionatında 2-ci turun nəticələri

24 Sentyabr 2017 00:33

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə məlumat yayıb

24 Sentyabr 2017 00:27

Dağıstanda zəlzələ baş verib

24 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 24 sentyabr

24 Sentyabr 2017 00:13

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü başa çatıb

24 Sentyabr 2017 00:12

Rusiya Türkiyəni, Polşa Macarıstanı məğlub etdi

23 Sentyabr 2017 23:57

İstanbulda İŞİD-lə əlaqali əcnəbilər tutuldu

23 Sentyabr 2017 23:49

"Zirə" say üstünlüyündən yararlana bilmədi

23 Sentyabr 2017 23:48

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib

23 Sentyabr 2017 23:47

Bu qidaları ətlə yeməyin

23 Sentyabr 2017 23:46

Masallıda 45 yaşlı kişi öz evini yandırdı

23 Sentyabr 2017 23:33

Şabranda yanğın olub

23 Sentyabr 2017 23:29

Bakı və Masallıda ev yandı

23 Sentyabr 2017 23:19

Neymarın komandasını dayandıran tapıldı

23 Sentyabr 2017 23:18

Azərbaycan təmsilçisi ağır atletlər arasında Avropa birinciliyinin bürünc mükafatçısı olub

23 Sentyabr 2017 23:17

"Buna xüsusi hazırlaşmışdıq" - Ayxan Abbasov

23 Sentyabr 2017 23:17

Qapalı geyimdə avtomobil idarə etmək qadağan olundu

23 Sentyabr 2017 23:15

ABŞ bombardmançıları Şimali Koreyaya yaxınlaşdı

23 Sentyabr 2017 23:03

Cüdoçularımız Serbiyada 3 bürünc medal qazandı

23 Sentyabr 2017 22:58

"Məncə, hakimin o qərarı düzgün deyildi" - Zaur Svanadze

23 Sentyabr 2017 22:57