Bakıda idman mərkəzində qan töküldü: 19 yaşlı gənci bıçaqladılar

Bakıda idman mərkəzində qan töküldü: 19 yaşlı gənci bıçaqladılar
10:52 12 Noyabr 2016
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda idman mərkəzində mübahisə edən gənc naməlum şəxs tərəfindən kürəyindən bıçaqlanıb.

Milli.Az musavat.com-a istinadın xəbər verir ki, Nizami rayonu ərazisindəki "Ruslan-93" idman mərkəzində 19 yaşlı Qurbanov Cəlal Ələsgər oğlu əvvəlcə tanımadığı şəxslə mübahisə edib. Mübahisə dayandıqdan sonra idmanı davam etdirən C.Qurbanov daha sonra bayıra çıxıb. Burada o, tanımadığı şəxslə əlbəyaxa dava edib. Nəticədə C.Qurbanov kürəyindən bıçaq xəsarətləri alaraq, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisəni törədən şəxsin axtarışları davam etdirilir. Cəlal Qurvanovu bıçaqlayanın onunla diman zalında mübahisə edən şəxs olub-olmadığı hələlik məlum deyil. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/488755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR