ABŞ-da aktiv neft-qaz quyularının sayı artıb

ABŞ-da aktiv neft-qaz quyularının sayı artıb
11:17 12 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı noyabrın 5-11-də 1 ədəd və ya 0,18% azalaraq 569 ədəd təşkil edib.
"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 2 ədəd və yaxud 0,44% artaraq 452 ədəd, qaz quyularının sayı 2 ədəd və yaxud 1,71% azalaraq 115 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə 1 ədəd azalaraq 1 ədəd olub. Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 122 ədəd və yaxud 21,3%, qaz quyularının sayı isə 78 ədəd və yaxud 40,4%, ümumilikdə isə neft-qaz quyularının sayı 199 ədəd və yaxud 25,9% azalıb.
Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı bu il mayın 25-nə 316 ədəd olub, bu da son 7 ilin minimal həddir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 43% çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 71,9% aşağıdır.
"Report"un analitik qrupu hesab edir ki, neft hasil edən ölkələrin oktyabrda hasilatı artırması neft bazarında təklifi daha 800 min barel yüksəldərək gündəlik 97,8 mln. barelə çatdırıb. Hazırda neft bazarı iştirakçıları noyabrın 30-da Vyanada keçirilməsi gözlənilən növbəti OPEC sammitinin nəticələrini gözləyir. Bu görüşdə hasilatın azaldılması ilə bağlı qərar qəbul olunmasa, neft qiymətlərinin 35 dollar/barelə qədər geriləməsi proqnozlaşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abs-da-aktiv-neft-qaz-quyularinin-sayi-bu-hefte-2-eded-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR