Tanınmış aparıcı Vüsalə Əlizadə deyəsən aşiq olub.
Publika.az xəbər verir ki, cazibədar aparıcı türk mahnısını zümzümə edərək görüntüsünü “İnstagram” səhifəsində paylaşıb.
Vüsalə görüntüyə belə şərh verib: “Sana nələr-nələr anlatacakdim, öncə gozlərini kapatacakdim, səni görür-görməz sarılacaqdım, yanına gəlincə unutu verdim”.
Görüntü sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
Onun aşiq olduğunu yazıblar.
Qeyd edək ki, V.Əlizadənin keçmiş həyat yoldaşı Azər İsmayılov bü yaxınlarda ikinci dəfə evlənib.
Cəvahir