Millimizi Belfasta aparan təyyarə Bakıya nə vaxt qayıdacaq?

Millimizi Belfasta aparan təyyarə Bakıya nə vaxt qayıdacaq?
11:37 12 Noyabr 2016
76 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisini Şimali İrlandiya ilə oyun üçün Belfast şəhərinə aparan AZAL-a məxsus "Boeing 787 Dreamliner" təyyarəsi yaxın saatlarda Bakıya yola düşəcək.


Bunu "Report"a AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski deyib.


Onun sözlərinə görə, təyyarədə yaranan texniki nasazlıq aradan qaldırılıb. Nəticədə Bakı - Belfast - Bakı marşrutu ilə hərəkət edən təyyarə təxminən saat 13:00 radələrində Belfast aeroportundan havaya qalxacaq.


Qeyd edək ki, futbol üzrə Azərbaycan yığması 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Şimali İrlandiya ilə oyundan dərhal sonra Bakıya qayıtmalı olsa da, təyyarədəki texniki nasazlıq səbəbindən uçuş təxirə salınıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizi-belfasta-aparan-tyyar-bakya-n-vaxt-qaydacaq-t54093.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR