Payızda yaz havası

Payızda yaz havası
12:28 12 Noyabr 2016
152 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Noyabrın 13-də yarımadanın və paytaxtın bəzi yerlərində zəif duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 15-19, Bakıda gecə 10-12, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 771 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/175662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR