Yusif "Məndən uzaq" dedi - video

Yusif "Məndən uzaq" dedi -  video
13:16 12 Noyabr 2016
120 Şou
Ölkə mətbuatı
A- A+

Gənc müğənni Yusif Səfərov ilk klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, ekran işi sözləri və musiqisi Rahib Asifoğluna məxsus olan “Məndən uzaq” adlı mahnıya çəkilib. Klipin rejissoruluğu Nail Naiboğluna həvalə edilib.

Çəkilişlər 2 gün Şamaxıda baş tutub. Kliplə yanaşı Y.Səfərov yeni albom hazırlayır, mahnılar üzərində çalışır. Sənətçinin ilk diski “Məndən uzaq” adlanacaq.

Yusif bildirib ki, növbəti klipini Çexiyada çəkdirəcək. Bu dəfə o, lirik mahnı seçəcək.

“Yeni klipim Türkiyənin TMB kanalında yayımlanır” deyə, Y.Səfərov əlavə edib.







Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60997

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR