Azərbaycanda həbsdə olan İran vətəndaşının apellyasiya şikayəti təmin edilməyib

Azərbaycanda həbsdə olan İran vətəndaşının apellyasiya şikayəti təmin edilməyib
13:42 12 Noyabr 2016
161 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İran vətəndaşı Səid Əqillinin barəsində verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, İran vətəndaşının apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, S.Əqilli Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Əqilli 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR