"İsfəndiyarın xahişi ilə həmin binada olmuşam" - FHN rəsmisi

"İsfəndiyarın xahişi ilə həmin binada olmuşam" - FHN rəsmisi
13:52 12 Noyabr 2016
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış iş adamı, "Şərurlu İsfəndiyar" kimi bilinən İsfəndiyar Axundov "MTN işi"nə cəlb edilib.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarovun ittiham olunduğu epizodlarından birində İ.Axundov dindirilib.

İttihama görə, A.Çovdarov 2008-ci ildə Bakıda çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan "Azərtikinti-ATF" məhdud məsuliyyətli cəmiyyətinin direktoru Azər Quliyevi hədələyərək ondan külli miqdarda pul alıb.

Belə ki, A.Quliyev barəsində hər hansı rəsmi şikayət və araşdırma olmadan Çovdarovun əmri ilə MTN-ə aparılaraq 8 saat saxlanılıb və bir neçə biznesmenə borcu olması, şirkətinin inşa etdiyi binalarda eyni mənzili bir neçə adama satması bəhanələri ilə həbs ediləcəyi barədə hədələnib. A.Çovdarov bu hədələrinin reallaşmaması üçün Azər Quliyevdən 1 milyon 200 min dollar pul tələb edib. A.Quliyev inşa etdiyi binalardan birində Çovdarov üçün 2 mənzil ayıracağına söz verib və həmin ilin mart ayında Xudu Məmmədov 34 ünvanındakı binadan dəyəri 62 860 AZN və 115 500 AZN olan mənzilləri Çovdarova verib. General isə bir il sonra mənzillərdən ucuz olanını satıb, digərini isə Novxanıda bağ evinin bağbanı Elxan Həsənovun adına rəsmiləşdirib. Sonradan isə A.Quliyevdən 15 min dollar nağd pul alıb.

Zərərçəkmiş A.Quliyev istintaqa ifadəsində deyib ki, "Orxan" MMC ləğv edilmiş MTN-nin işlər idarəsinin şirkəti olub: "Bütün bunlar həmin idarənin rəisinin tapşırığı ilə olub. 2007-ci il Aqil Axundov Qazaxıstanda yaşayan Canpolad adlı şəxsdən 1 milyon 200 min dollar alaraq hündürmərtəbəli bina tikintisinə cəlb etdiyini dedi. Bir müddət sonra zəng edib həmin adamın mənə sualı olduğunu dedi. Tanımadığım adam "Aqil deyir pul sənə çatmayıb, düzdür?" deyə soruşdu, mən də təsdiqlədim. Sonra bildim ki, Aqil o pulu başqa tikintiyə cəlb edib. Üç-dörd ay sonra Aqil mənə zəng edib MTN-ə gəlməli olduğumu dedi. Mən "MTN-də heç bir işim yoxdur" deyib telefonu söndürdüm. Sonra yenə zəng gəldi, danışan adam özünü Akif Çovdarov kimi təqdim etdi. MTN-ə getdim, orada məni hədələdilər. Heç kimdən pul almadığımı dedim. "Rəhbərliyə bu formada məruzə etməyimiz üçün iki mənzil verməlisən" dedilər, razılaşdım.

Sonradan Aqil Axundov mənə dedi ki, tələb olunan pulu o MTN-ə verib. Mən də buna görə verdiyim mənzilləri geri istədim, razılaşdılar. Bunun əvəzində yenə məndən 20 min dollar istədilər, 15 min verəcəyimi dedim və verdim. Lakin mənzilləri də qaytarmadılar".

Bu epizod üzrə şahid qismində dindirilən İsfəndiyar Axundov bildirib ki, Azər Quliyevin şirkəti "Azərtikinti ATF"in inşa etdiyi binalarda eyni mənzillərin bir neçə şəxsə satılmasına görə zərərçəkmişlərə dəyən ziyanı özü ödəyib: "Azər Quliyevi 2007-ci ildən tanıyıram. O zamana "Orxan" MMC-nin direktoru Alim Əlizadə ilə Azər Quliyev arasında belə bir anlaşma olub ki, "Orxan" MMC Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə yüksək mərtəbəli binaların inşası üçün ayrılmış torpaq sahəsində olan tikintisi yarımçıq qalmış dörd ədəd 16 mərtəbəli binanın yerləşdiyi torpaq sahəsini və tikintiyə icazə verilməsi üçün nəzərdə tutulmuş bütün sənədləri qaydasına salmalı, "Azərtikinti ATF" isə həmin yarımçıq binaların tikintisini tamamlayaraq təhvil verməli və bundan sonra əldə olunmuş mənfəət iki şirkət arasında bölünməli idi.

"Orxan" MMC tərəfındən müqavilədə nəzərdə tutulmuş öhdəliklər tam şəkildə yerinə yetirildikdən sonra "Azərtikinti ATF" MMC tərəfindən həmin binalarda tikinti işləri başlandı. Müqaviləyə əsasən, "Azərtikinti ATF" MMC-nin tikilmiş binada mənzil satmaq kimi səlahiyyəti olmayıb. Buna baxmayaraq, "Azərtikinti ATF" MMC-nin direktoru Azər Quliyev "Orxan" MMC-nin məlumatı olmadan binanın tikilməmiş mənzillərini bir neçə şəxsə satıb. Bundan başqa Azər Quliyev podratçı kimi bina tikintisi ilə məşğul olduğu "Babək-94" MTK-da eyni qayda da mənzilləri bir neçə nəfərə satıb.

Bunlar Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq zamanı da aşkarlandı. 2008-ci ildə "Orxan" MMC , təsisçisi olduğu "Şaiq" MTK-nə qoşuldu. Bundan sonra Azər Quliyevin qanunsuz olaraq vətəndaşlara satdığı mənzillərdən əldə etdiyi vəsaiti vətəndaşlara ödədim. Hətta mənim qaytardığım pullar Azər Quliyevin binaların tikintisinə xərclədiyi məbləğdən 800 min manat artıq idi. Bundan sonra Azər Quliyevlə bağlanmış müqavilə ləğv edildi və o tikintidən uzaqlaşdırıldı. Biz həmin binalarda tikinri işlərini başa çatdırdıq, Azər Quliyev isə həbs edilərək 10 il cəza aldı. "Orxan" MMC-nin də, mənim təsisçi olduğum "Şaiq" MTK-nn da Milli Təhlükəsizlik Nazirliyinə heç bir aidiyyatı olmayıb. O binaların tikintisini də nazirlik sifariş etməyib".

Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Agentliyinin Dövlət Baş Ekspertiza idarəsinin Smeta şöbəsinin müdiri Vilayət Tağıyev ifadə verərək İsfəndiyar Axundovla sinif yoldaşı olduqlarını deyib: "İsfəndiyarın xahişi ilə bir neçə dəfə həmin binalarda olmuşam. Tikintinin keyfiyyətinə nəzarət edirdim. Həmin binaların və şirkətlərin MTN-nin Maddi-texniki Təminat idarəsi və həmin idarənin rəisi işləmiş Nizaməddin Həmidovla hər hansı əlaqəsi olduğunu bilmirəm".

Qeyd edək ki, Azər Quliyev cəzaçəkmə müəssisəsində vəfat edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İran yeni ballistik raketi sınaqdan keçirdi

23 Sentyabr 2017 04:14

18 yaşlı qızı ilan sancdı

23 Sentyabr 2017 04:09

Ağcabədidə qəza: 1 ölü, 1 yaralı

23 Sentyabr 2017 04:04

Selfi ilə özünü biabır edənlər - FOTOLAR

23 Sentyabr 2017 04:03

Səudiyyə Ərəbistanında din xadimi qadınlar haqqında dediklərinə görə işdən kənarlaşdırılıb

23 Sentyabr 2017 04:02

"Yuventus" ötən maliyyə ilində 563 milyon avro məbləğində rekord gəlir əldə edib

23 Sentyabr 2017 04:02

Azərbaycan ağır atletlərinin Avropa birinciliyindəki çıxış cədvəli açıqlanıb

23 Sentyabr 2017 03:02

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 02:58

Krasnodarda küçənin ortasında azərbaycanlı ölüb

23 Sentyabr 2017 02:52

Türkiyədə kənd muxtarı silahlı hücum nəticəsində öldürüldü

23 Sentyabr 2017 02:49

Ağdaşda canavarlar mal-qaranı parçaladı

23 Sentyabr 2017 02:38

Samir Abasov: "Bəxtimiz gətirsəydi xal ala bilərdik”

23 Sentyabr 2017 02:17

Hafiz Hacıyevin qızının maşını cərimə meydançasına aparıldı - AVTOXULİQANLIĞA GÖRƏ

23 Sentyabr 2017 02:04

Çəkiliş zamanı jurnalist 3-cü mərtəbədən aşağı... - VİDEO

23 Sentyabr 2017 01:58

Azərbaycana payız gəlib

23 Sentyabr 2017 01:50

OPEK nazirləri yenə yığışır

23 Sentyabr 2017 01:35

Azərbaycanlı müğənni oğluna məclis qurdu - FOTOLAR

23 Sentyabr 2017 01:29

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 293 nəfərə çatıb

23 Sentyabr 2017 01:17

Neymar oynamayacaq

23 Sentyabr 2017 01:15

AÇ-2017: İlk gündə 7 oyun - NƏTİCƏLƏR

23 Sentyabr 2017 01:13

Məmmədyarov: "Bakı Bəyannaməsi multikulturalizmin ekstremizm və ksenofobiyaya qarşı mübarizə vasitəsi kimi təşviqində rəhbər prinsipə çevrilməlidir"

23 Sentyabr 2017 01:07

Qətər Suriya hakimiyyətinə çağırış etdi

23 Sentyabr 2017 01:00

Türkiyədə Nazirlər Kabinetinin toplantısı başa çatdı

23 Sentyabr 2017 00:55

ABŞ-da ardıcıl iki zəlzələ

23 Sentyabr 2017 00:54

Canlı yayıma sərxoş çıxan deputat aparıcının üstünə... - VİDEO

23 Sentyabr 2017 00:53

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 00:52

Rusiya ordusu Suriyada terrorçu təşkilatlara məxsus 96 min obyekti məhv edib

23 Sentyabr 2017 00:35

Gəlin namizəd erməni ilə... - FOTO/VİDEO

23 Sentyabr 2017 00:28

Ağdaşda canavarlar örüşdə otlayan mal-qaranı parçlayıb

23 Sentyabr 2017 00:27

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb -

23 Sentyabr 2017 00:27

Bakıda "Mercedes" yandı

23 Sentyabr 2017 00:23

Almaniyada siyasətçilərə müəmmalı məktublar göndərilib

23 Sentyabr 2017 00:16

Astroloji proqnoz - 23 sentyabr

23 Sentyabr 2017 00:13

Azərbaycan neftinin SON QİYMƏTİ -

23 Sentyabr 2017 00:10

Azərbaycana payız gəldi

23 Sentyabr 2017 00:09

Azərbaycana payız fəsli daxil olub

23 Sentyabr 2017 00:02

Məhkəmə Saakaşvilini 130 dollar cərimə etdi

22 Sentyabr 2017 23:59

Vyanada bomba həyəcanı -

22 Sentyabr 2017 23:58

Tovuzda yeni doğulan körpə öldü

22 Sentyabr 2017 23:54

Sprislər, təzyiq aparatları Azərbaycana hansı ölkələrdən idxal edilir?

22 Sentyabr 2017 23:53

XİN rəhbəri: "Azərbaycan Fələstinə münasibətdə artan beynəlxalq dəstəkdən məmnundur"

22 Sentyabr 2017 23:47

Ukrayna istəyinə çatır -

22 Sentyabr 2017 23:39

Şəkidə 40 yaşlı qadını ilan sancdı

22 Sentyabr 2017 23:28

Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artır

22 Sentyabr 2017 23:21

Avropanın iki ölkəsi arasında sərhəd mübahisəsi yenidən gərginləşdi

22 Sentyabr 2017 23:13

Tovuzda doğuş zamanı körpə ölüb

22 Sentyabr 2017 23:12

Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün - FOTOLAR

22 Sentyabr 2017 23:03

Bu ölkənin prezidenti oğlunun öldürülməsi barədə polisə əmr verdi

22 Sentyabr 2017 23:00

Türkiyə İraq Kürdüstanındakı referendumu qeyri-qanuni adlandırdı

22 Sentyabr 2017 22:54

"Qarabağ" "Sumqayıt"a futbol dərsi keçdi

22 Sentyabr 2017 22:53