Erməni nazirin 24 yaşlı model müavini - FOTO

Erməni nazirin 24 yaşlı model müavini - FOTO
13:57 12 Noyabr 2016
129 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakov 24 yaşlı modeli özünə müavin təyin edib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Anastasiya Deyeva Avakovun avrointeqrasiya məsələləri üzrə müavini olub. 

Anastasiyanın Facebook sosial şəbəkəsində yazılan məlumata görə, xanım müavin ikisi Böyük Britaniyada olmaqla beş müxtəlif məktəbdə təhsil alıb. 

O evlidir. İxtisasca politoloqdur. 

Ukrayna DİN-də aparılan islahatlara qədər Stokholmda yaşayıb, yaşıl texnologiyalarla məşğul olub. Hazırda o, müqavilə əsasında Ukrayna DİN-ində işləyir. 

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR