Hillari Klintonun qızı anasının qisasını alır - FOTOLAR

Hillari Klintonun qızı anasının qisasını alır  - FOTOLAR
14:18 12 Noyabr 2016
199 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın keçmiş prezidenti Bill Klinton və sabiq dövlət katibi Hillari Klintonun qızı Çelsi yaxın vaxtlarda siyasi fəaliyyətlə məşğul olacaq.

Publika.az xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, Çelsi ilk öncə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü olmaq uğrunda mübarizə aparacaq. 36 yaşlı qadının Nyu-Yorkun 17-ci dairəsinin təmsilçisi konqresmen Nit Louini əvəz edəcəyi bildirilir. 79 yaşlı Nit Loui artıq 30 ildir Konqresdə təmsil olunur.

Bu dairənin ərazisinə Çelsinin valideynlərinin yaşadığı Çappakua şəhəri də daxildir. Həmin səbəbdən də şəhərdə klintonlar ailəsinin nüfuzu böyükdür.

Çelsinin Mahnetten şəhərində yaşamasına baxmayaraq, valideynləri avqustda ona Çappakuada 1,1 milyon dollarlıq malikanə alıblar.

Hazırda ABŞ-ın bir sıra analitikləri Çelsinin Konqresdə təmsil olunmaq arzusunu onun siyasətə gəlmək planları ilə əlaqələndirirlər.

Anar



Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR