Bakıda doğum günündə binanın 8-ci mərtəbəsindən yıxılan gənc sağ qalıb

Bakıda doğum günündə binanın 8-ci mərtəbəsindən yıxılan gənc sağ qalıb
14:27 12 Noyabr 2016
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Binəqədi rayonunda yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılan 27 yaşlı gənc sağ qalıb.
"Report"un xəbərinə görə, hadisə rayonun Cəfər Xəndan küçəsi 42, mənzil 366 ünvanında baş verib. 
Belə ki, 1989-cu il təvvəllüdlü Cəmilov Cəlil Rafət oğlu ötən gecə yaşadığı evə özünün ad günü qeyd edib. Mərasim davam etdiyi vaxt gənc otaqdan eyvana çıxıb. C.Cəmilov ehtiyyatsızlıqdan 8-ci mərtəbədən yıxılıb. O, binanın həyatində hərəkətsiz vəziyyətdə dayanmış avtomobilin üzərinə düşüb. 
Ağır bədən xəsarətləri alan C.Cəmilov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdı. 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-dogum-gununde-binanin-8-ci-mertebesinden-yixilan-genc-sag-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR